WUF13 iştirakçıları film vasitəsilə Naxçıvanla tanış olublar

WUF13 iştirakçıları film vasitəsilə Naxçıvanla tanış olublar

21 May 2026

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “AnewZ” kanalının Naxçıvan Muxtar Respublikası haqqında hazırladığı sənədli film nümayiş etdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Urban Expo”dakı Azərbaycan pavliyonunda nümayiş olunan filmin prodüsser və direktoru Frederiko Naccachedir. O, filmi hazırlayarkən muxtar respublikaya səfər edib, yerli ziyalılar, alimlər və ictimaiyyət nümayəndələri ilə görüşüb. Naxçıvanın keçmişi, bu günü və mədəni irsi haqqında məlumatlar toplayıb.

Filmdə muxtar respublikanın mədəni abidələri, sağlamlıq mərkəzləri, coğrafiyası, tarixi və bu günü haqqında WUF13 iştirakçılarına geniş məlumat verilib.

Nəzərə çatdırılıb ki, uzun müddət blokada şəraitində olmasına baxmayaraq Naxçıvan yaşayıb və inkişaf edib.

Qeyd edək ki, bu, WUF13 çərçivəsində hazırlanan sənədli filmlər silsiləsindən 7-ci epizoddur və Naxçıvana həsr olunub.