Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

21 May 2026

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,08% azalaraq 4,531.9 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 0,45% azalaraq 75.84 ABŞ dolları təşkil edib.