Etibarnamələr bağlandığı tarixdən hansı müddətdə qüvvədə qalır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qüvvədə olma müddəti göstərilməyən etibarnamələr bağlandığı tarixdən hansı müddətdə qüvvədə qalır?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








