Naxçıvanda “Sağlam şəhər turu” aksiyası keçiriləcək
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində velosipedlə “Sağlam şəhər turu” aksiyası keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyanın əsas məqsədi sağlam həyat tərzinin təbliği və təşviqi, ekoloji mədəniyyətin aşılanması, eyni zamanda Naxçıvan şəhərinin tarixi və müasir memarlıq nümunələrinin tanıdılmasından ibarətdir.
Velotura velosipeddən istifadə etməyi bacaran hər bir şəxs qoşula bilər. Turun başlanğıc və bitmə nöqtəsi Naxçıvan Tibb Kollecinin önü olacaq. Marşrutun ümumi uzunluğu təxminən 7,5 kilometr təşkil edir.
Aksiya 26 may 2026-cı il tarixdə saat 11:00-da Naxçıvan şəhərində keçiriləcək.









