"Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" təsdiq edilib

"Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" təsdiq edilib

21 May 2026

Nazirlər Kabineti "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları"nı təsdiq edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hökumətin "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 6 aprel 2007-ci il tarixli qərarı qüvvədən düşüb.

Qaydalar "Büdcə sistemi haqqında" qanununda dəyişiklik edilməsi barədə" 14 iyul 2025-ci il tarixli qanununun tətbiqi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında" dövlət başçısının 4 avqust 2025-ci il tarixli fərmanını icras etmək məqsədilə büdcə ilinin istənilən təqvim gününə vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi mexanizmini müəyyən edir.

Qaydalarda istifadə olunan anlayışlar "Büdcə sistemi haqqında" qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.