Azərbaycandan Ukraynaya humanitar yardım göndərilib - FOTO
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.
“Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.








