“Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” mövzusunda tədbir keçirilib -

“Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” mövzusunda tədbir keçirilib - FOTO

03 Fevral 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Kəngərli  rayon İcra Hakimiyyətində  “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Kəngərli rayon İcra Hakimiyyəti aparatının Hüquq və Kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Pərviz Babayev  mövzu ilə bağlı çıxış edərək - Kiberhücumların, şəxslərə, bizneslərə və təşkilatlara böyük zərər verə biləcək ciddi təhdidlər olduğunu və bu hücumların həssas məlumatların oğurlanmasına, məlumatların məhv edilməsinə və ya sistemlərin pozulmasına səbəb olduğunu  lakin, kiberhücumların növləri haqqında məlumatlı olmaq və qabaqlayıcı tədbirlər görmək bu təhdidlərin qarşısını almağa və kiber təhlükəsizliyi gücləndirməyə köməklik edə biləcəyini bildirmişlər.  

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.