İsa Həbibbəyli: Naxçıvanda elmi mühitin daha da canlanması diqqətdə saxlanılır
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Tusi nəşriyyatında ən son texnologiyalar əsasında kolioqrafiya bazasının yenidən qurulması münasibətilə AMEA Naxçıvan Bölməsinin kollektivini və nəşriyyatın əməkdaşlarını təbrik edib.
Akademik İsa Həbibbəyli "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyində və son müsahibələrində Azərbaycan elminin inkişafını ölkənin əsas prioritetlərindən biri kimi müəyyən edib.
O bildirib ki, Akademiyada aparılan islahatlar, xüsusilə elektronlaşma və rəqəmsallaşma sahəsində görülən işlər yeni mərhələyə qədəm qoyub.
Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsində Tusi nəşriyyatının müasir mətbəə avadanlıqları ilə təchiz edilməsi rəqəmsal elmin inkişafı və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası baxımından mühüm əhəmiyyət daşıyır.
Akademik İsa Həbibbəyli Naxçıvan Bölməsinin elmi potensialını yüksək qiymətləndirərək, adam başına düşən elmi nəşrlərin sayına görə ölkə üzrə ön sıralarda yer aldığını vurğulayıb.
Bildirilib ki, yeni avadanlıqlar çap prosesinin təkmilləşdirilməsi ilə yanaşı, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, Naxçıvanda elmi mühitin daha da canlanmasına və ümumilikdə AMEA-nın inkişafına ciddi töhfə verəcək.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








