Növbəti köç Badara və Seyidbəyli kəndlərinə çatıb, açarlar təqdim edilib -

Növbəti köç Badara və Seyidbəyli kəndlərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

26 Yanvar 2026

Növbəti köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə köç edən sakinlər evlərinin müasir tələblər səviyyəsində yenidən qurulması, hər cür şəraitlə təmin olunması barədə məlumatlandırılıb.

ANAMA əməkdaşları sözügedən kəndlərə qayıdan sakinləri mina təhlükəsizliyi qaydaları haqqında təlimatlandıraraq onlara müvafiq bukletlər təqdim ediblər.

Qeyd edək ki, bu köçlə Xocalı rayonunda məskunlaşdırılan ailələrin sayı 906-a (3 min 700 nəfər) çatıb.