Xocalının Badara və Seyidbəyli kəndlərinə ümumilikdə daha 25 ailə yola salınıb

Xocalının Badara və Seyidbəyli kəndlərinə ümumilikdə daha 25 ailə yola salınıb

26 Yanvar 2026

Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə ümumilikdə daha 25 ailə yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Badara və Seyidbəyli kəndlərinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Badara kəndinə 15 (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailə (34 nəfər) daimi qayıdışı təmin edilib.

Bununla da Badara kəndinə daimi qayıdan ailələrin sayı 73-ə (286 nəfər), Seyidbəyli kəndinə qayıdan ailələrin sayı isə 69-a (250 nəfər) çatacaq.

Qeyd edək ki, Xocalı rayonu üzrə ümumi məskunlaşma 906 ailə (3 min 700 nəfər) təşkil edib.