Hansı halda cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı dayanır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı halda cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı dayanır?
Cavab: Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun müstəntiqi III dərəcəli hüquqşünas - Tuncay Əsgərli








