Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikməyin məsuliyyəti varmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikməyin məsuliyyəti varmı?
Cavab: Bəli. İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Şahmar Həşimov








