AQTA zərərli iddia olunan portağallarla bağlı məsələyə aydınlıq gətirdi

AQTA zərərli iddia olunan portağallarla bağlı məsələyə aydınlıq gətirdi

26 Yanvar 2026

Ötən il Azərbaycana idxal edilən 421 min ton portağalda rəngləndirici aşkar edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, həmin meyvələrin Azərbaycanda dövriyyəyə buraxılmasının qarşısı alınıb:

"Ötən il bununla bağlı ixracatçı ölkələrə xəbərdarlıqlar edilib. Son zamanlar bu cür hallara rast gəlinməyib".

Qeyd edək ki, sosial şəbəkədə Azərbaycana gətirilən portağalların süni şəkildə rəngləndirilməsi ilə bağlı xəbər və görüntülər yayılıb.