Media nümayəndələri cəzaçəkmə müəssisələrinə baş çəkə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Media subyektlərinin nümayəndələri müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərin saxlanıldığı müəssisələrə baş çəkə bilərlərmi?
Cavab: Media subyektlərinin nümayəndələrinin bu tip cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada mümkündür.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








