FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth edib

FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth edib

26 Yanvar 2026

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə yanvarın 19-da Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 m) texniki dırmanış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə FHN-dən xəbər verilib.

Bildirilib ki, qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində dalğalandırıb.