Kompyuter sisteminə qanunsuz daxil olmanın cəzası nədir? -

Kompyuter sisteminə qanunsuz daxil olmanın cəzası nədir? - HÜQUQ MƏSLƏHƏTİ

26 Yanvar 2026

Sual: Kompyuter sisteminə qanunsuz daxil olma hansı məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271-ci maddəsinə əsasən, kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə hüquq olmadan, mühafizə tədbirlərini pozmaqla və ya məlumatları ələ keçirmək məqsədilə qəsdən daxil olma 2000–4000 manat cərimə, müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrumetmə, yaxud 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Kompyuter sistemi – verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu və ya bir-biri ilə əlaqələndirilmiş qurğular toplusudur.

Sualı cavablandırdı:  Şərur rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquşünas - Elvin Qulusoylu