Həyətyanı sahədə ağac kəsməyə görə məsuliyyət varmı? -

Həyətyanı sahədə ağac kəsməyə görə məsuliyyət varmı? - HÜQUQ MƏSLƏHƏTİ

23 Yanvar 2026

Sual: Özümə məxsus fərdi yaşayış evimin həyətyanı sahəsində olan ağacları kəsdiyimə görə məsuliyyət daşıyırammı?

Cavab: Xeyr. Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində yaşıllıqların, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərin zədələnməsi və ya kəsilməsi cinayət və ya inzibati məsuliyyət yaratmır.

Lakin torpaq sahəsi sizin mülkiyyətinizdə deyilsə və bunu təsdiq edən sənədiniz (çıxarış) yoxdursa, həmin sahədə ağacların, kolların və digər yaşıllıqların zədələnməsi və ya kəsilməsi məsuliyyət yaradır.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli