Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib -

Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib - FOTO

26 Yanvar 2026

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil edilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə keçirilən aksiyada hərbi hissənin şəxsi heyəti iştirak edib. Donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının səyyar tibb briqadası tərəfindən müayinə olunduqdan sonra onlardan qan götürülüb.

Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.