Küçədə söyüş söymək hansı məsuliyyət yaradır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Küçədə söyüş söymək hansı məsuliyyət yaradır?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı pozan, lakin zor tətbiqi və ya zor tətbiqi hədəsi ilə müşayiət olunmayan xırda xuliqanlıq hərəkətlərinə görə 50 manatdan 100 manatadək cərimə tətbiq olunur. İşin hallarından asılı olaraq bu cəza 15 günədək inzibati həbs ilə də əvəz edilə bilər.
Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Camal Sadiqov








