Borca verdiyim pulu geri ala bilmirəmsə nə etməliyəm? -

Borca verdiyim pulu geri ala bilmirəmsə nə etməliyəm? - HÜQUQ MƏSLƏHƏTİ

27 Yanvar 2026

Sual: Borca verdiyim pulu geri ala bilmirəmsə nə etməliyəm?

Cavab: Siz borcu həm şifahi, həm də yazılı müqavilə əsasında verə bilərsiniz. Əgər borc verdiyiniz şəxsin sizi aldatdığını və ya pulu geri qaytarmayacağını düşünürsünüzsə, ərazi üzrə polis şöbəsinə müraciət edə bilərsiniz. Eyni zamanda borcun qaytarılmaması halında məhkəməyə müraciət etmək hüququnuz var.

Əgər borc yazılı müqavilə olmadan verilibsə, borcun verilməsini WhatsApp yazışmaları, şahid ifadələri və borcla bağlı hər hansı yazılı sübutlar vasitəsilə təsdiq etmək mümkündür.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov