Boşanan zaman təzminat tələb edə bilərəmmi? -

Boşanan zaman təzminat tələb edə bilərəmmi? - HÜQUQ MƏSLƏHƏTİ

03 Fevral 2026

Sual:  Boşanan zaman təzminat tələb edə bilərəmmi?

Cavab: Xeyr. Qanunvericilikdə xəyanətə görə tələb etmək barədə müddəa yoxdur. Nikah xəyanət səbəbi ilə pozulsa belə, qanunda buna görə heç bir təzminat nəzərdə tutulmamışdır. Həmçinin məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və mənəvi zərər məsələsinə baxılmır. Azərbaycan Respublikasında yalnış tərəflər arasında nikah müqaviləsi olarsa və bu müqavilədə xəyanətə görə təzminatla bağlı müddəa qeyd edilərsə, bir tərəf digər tərəfdən ona vurulan maddi və mənəvi zərərin əvəzini tələb edə bilər.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli