Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası hansı əsasla və qaydada nizamlanır? -

Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası hansı əsasla və qaydada nizamlanır? - HÜQUQ MƏSLƏHƏTİ

03 Fevral 2026

Sual: Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası hansı əsasla və qaydada nizamlanır?

Cavab: Mülki Məcəlləyə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov