Naxçıvanda müəllimlərin attestasiyası ilin sonunda keçiriləcək

Naxçıvanda müəllimlərin attestasiyası ilin sonunda keçiriləcək

05 Fevral 2026

Bu il 9 bölgə üzrə Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəsisələrində attestasiya prosesi aparılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə, il ərzində 8 min müəllimin attestasiyaya cəlb olunacağı planlaşdırılıb.

Nazirlik rəsmisi builki attestasiya prosesinin fevralın 10-da başlanılacağını və prosesin iyul ayına qədər yekunlaşacağını bildirib:

"Yalnız Naxçıvandakı təhsil müəsisəsələrinin təhsilverənləri üçün attestasiya ilin sonunda keçiriləcək".