Adil Kərimli: Mədəniyyət sahəsində normativ hüquqi baza təkmilləşdirilməlidir
Mədəniyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi zərurəti var.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, mədəniyyət sahəsində ixtisaslı hüquqşünaslara ehtiyac var:
"Hüquqi bazanı adi yanaşma ilə formalaşdırmaq mümkün deyil. Bu səbəbdən ixtisaslı hüquqşünasların olması önəmlidir".








