Nazirlik dövlət teatrlarındakı bədii rəhbərlərin yeni strukturda fəaliyyətinə aydınlıq gətirib
Mədəniyyət Nazirliyi hazırda dövlət teatrlarının bədii rəhbər vəzifələrində çalışan şəxslərin yeni struktur çərçivəsində fəaliyyətlərinə aydınlıq gətirib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.
Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.








