Rezidenturanı bitirənlər üçün vakant yerlər açıqlandı
Rezidenturanı bitirənlər üçün vakant yerlər açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aşağıdakı cədvəl üzrə keçiriləcək. Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.
| Tarix və vaxt | İxtisas |
| 30 yanvar saat 10:00 | Ümumi cərrahiyyə Travmatologiya – ortopediya Urologiya Onkologiya Neyrocərrahiyyə Qastroenterologiya Otorinolarinqologiya Uşaq cərrahiyyəsi |
| 2 fevral saat 10:00 | Mamalıq-ginekologiya Üz-cənə cərrahiyyəsi Nevrologiya Uşaq nevrologiyası Şüa- diaqnostikası Pediatriya Neonatologiya Revmatologiya Plastik cərrahiyyə |
| 3 fevral saat 10:00 | Hematologiya Daxili xəstəliklər Endokrinologiya Dermatovenerologiya Anesteziologiya-reanimatologiya Nefrologiya Kardiologiya |
| 4 fevral saat 10:00 | Epidemiologiya Yoluxucu xəstəliklər Uşaq yoluxucu xəstəliklər Allerqologiya və immunologiya Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza Oftalmologiya Ftiziatriya Fizioterapiya və tibbi bərpa Tibbi mikrobiologiya Tibbi Genetika |
| 6 fevral saat 10:00 | Laboratoriya işi Sosial gigiyena və səhiyyənin təşkili Psixiatriya Narkologiya Nüvə təbabəti Ailə təbabəti Uşaq ürək-damar cərrahiyyəsi Üşaq stomatologiyası Restorativ stomatologiya Ortopedik stomatologiya Ortodontiya Endodontiya Gigiyena |








