Nazirlər Kabineti Tikintilərin Dövlət Reyestri barədə qərar qəbul edib

Nazirlər Kabineti Tikintilərin Dövlət Reyestri barədə qərar qəbul edib

27 Yanvar 2026

Nazirlər Kabineti 5 iyul 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar"da dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və yaxud əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən 3 iş günü müddətində deyil, qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim ediləcək.