Ordubadın bu kəndlərində işıq olmayacaq

Ordubadın bu kəndlərində işıq olmayacaq

27 Yanvar 2026

Yanvarın 28-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təmir işləri ilə əlaqədar Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti "Naxçıvan Enerji" MMC ilə razılaşdırılmış sifariş əsasında açılacaq.

Nəticədə Aza, Azad və Dar kəndlərində saat 14:00-dan 16:30-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bildirilib ki, aparılan işlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların həyata keçirilməsi məqsədi daşıyır. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ yaranacaq müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.