“Azəriqaz”ın baş direktoru Naxçıvanda vətəndaş qəbulu keçirəcək

“Azəriqaz”ın baş direktoru Naxçıvanda vətəndaş qəbulu keçirəcək

15 Yanvar 2026

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun  yanvarın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan şəhərində vətəndaş qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul saat 15:00-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında təşkil olunacaq. 

Qəbul zamanı vətəndaşların qaz təchizatı ilə bağlı müraciət və təklifləri dinləniləcək.

Əlaqə: (036) 545 06 91