Naxçıvan şəhərinin bu məhələlərində su olmayacaq
Əliqulu Qəmküsar küçəsini və Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işlərinə başlanılıb. Aparılan işlər səbəbindən qeyd olunan ərazinin bəzi ünvanlarında içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəzanın aradan qaldırılması işlərinin yanvarın 2-də tarixində gün ərzində yekunlaşdırılması və suyun əvvəlki rejimlə verilişinin bərpa olunması nəzərdə tutulur.
Məsələ ilə bağlı əlavə məlumat almaq istəyən sakinlər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “545-01-93” Çağrı Mərkəzinə (7/24) müraciət edə bilərlər.








