Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət ediblər
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onlar Azərbaycanın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.








