Naxçıvan şəhərinə 6 sm qar yağıb - FAKTİKİ HAVA
Yanvarın 20-si saat 11:00-a olan faktiki hava məlumatına əsasən Naxçıvan Muxtar Respublikası ərazisində qarlı hava şəraiti davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qar örtüyünün hündürlüyü müxtəlif ərazilərdə fərqlidir. Belə ki, Naxçıvan şəhərində 6 sm, Ordubadda 1 sm qeydə alınıb. Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 metr yüksəklikdə) qarın hündürlüyü 63 sm-ə çatıb. Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 26 sm qar ölçülüb.
Digər ərazilərdə isə qar örtüyünün hündürlüyü Kəngərli rayonunda 9 sm, Şərur rayonunda 13 sm, Axurada (Şərur) 15 sm, Şahbuz rayonunda 2 sm, Biçənəkdə (Şahbuz) 32 sm, Küküdə (Şahbuz) 41 sm təşkil edir. Culfa rayonunda 1 sm, Göydərədə (Culfa) 5 sm, Sədərək rayonunda isə 6 sm qar qeydə alınıb.
Hazırda muxtar respublika ərazisində qarlı və şaxtalı hava şəraiti müşahidə olunur. Əhaliyə hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları tövsiyə edilir.








