Timor-Leste Prezidenti Azərbaycana səfərə gəlib

Timor-Leste Prezidenti Azərbaycana səfərə gəlib

11 Mart 2026

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta martın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Jose Ramos-Horta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunda iştirak edəcək dünya liderləri və yüksək səviyyəli qonaqlar sırasındadır. Forum çərçivəsində qlobal çağırışlar, çoxtərəfli əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulur.