Naxçıvanda 20 Yanvar şəhidləri yad olunur -

Naxçıvanda 20 Yanvar şəhidləri yad olunur - FOTOREPORTAJ

20 Yanvar 2026

Bu gün Naxçıvanda 20 Yanvar faciəsinin şəhidlərinin əziz xatirəsi anılıb.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, yerli əhali 20 Yanvar şəhidlərini anmaq məqsədilə Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.

Şəhidlər Xiyabanında hökm sürən sükut və ehtiram 20 Yanvar faciəsinin xalqımızın yaddaşında buraxdığı dərin izləri bir daha nümayiş etdirib. Ziyarətçilər Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini böyük hörmət və minnətdarlıq hissi ilə yad ediblər.

Xalqımızın azadlıq və müstəqillik uğrunda verdiyi qurbanlar bir daha xatırlanıb, 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.