Daxili işlər naziri Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

13 Yanvar 2026

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru cənab Süleyman Neymətov tərəfindən vətəndaşların qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul yanvarın 16-sı, saat 10:00-da Kəngərli Rayon Polis Şöbəsinin inzibati binasında təşkil olunacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 16 yanvar 2026-cı il tarixinədək Kəngərli Rayon Polis Şöbəsinə, həmçinin Naxçıvan MR DİN-in sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.