Naxçıvan MR DİN Orta İxtisas Polis Məktəbinə kursant qəbulu elan edib

Naxçıvan MR DİN Orta İxtisas Polis Məktəbinə kursant qəbulu elan edib

07 Yanvar 2026

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinə əyani təhsil üzrə kursant qəbulu üçün müsabiqə elan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 175 sm olan, yaşı 20-dən az, 28-dən çox olmayan, müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Sənədlərin qəbulu 2025-ci il dekabrın 22-dən 2026-cı ilin martın 1-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kadrlar Şöbəsində aparılacaq.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

tam orta təhsil haqqında sənəd – attestat (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

hərbi bilet (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

əmək kitabçası (olanlar üçün);

ailə tərkibi və yaşayış yeri haqqında arayış (işləyənlər üçün əlavə olaraq iş yerindən arayış);

xasiyyətnamə (yaşayış və ya iş yerindən);

nikah haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı ixtisas seçimi üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndəriləcək. İmtahanlar Azərbaycan dilində keçiriləcək.

Orta İxtisas Polis Məktəbində tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 2 ildir. Təhsil dövründə kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunurlar. Məzunlara “Hüquq-mühafizə fəaliyyəti” ixtisası və “polis kiçik leytenantı” xüsusi rütbəsi verilir.

Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumat almaq üçün 077-359-84-71060-600-11-00 nömrələri ilə əlaqə saxlamaq, həmçinin Naxçıvan MR Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etmək mümkündür.