Şahin Mirzəyev Şərur rayon sakinlərini qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev Şərur rayon sakinlərini qəbul edəcək
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yanvarın 16-sı saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şərur rayon sakinlərinin qəbulu aparılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı 15 yanvar 2026-cı il tarixində saat 11:00-dan ehtibarən Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.
Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.








