Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var

Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var

27 Yanvar 2026

Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xidməti icra edilib:

"Ötən il 1817 vətəndaş kvota çərçivəsində işlə təmin edilib, 10 min 805 nəfərə işsizlikdən sığorta ödənişi verilib".

Qeyd edək ki, işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlərə boş iş yeri üzrə işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xidmət göstərilir.