Daxili işlər naziri Babək rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov tərəfindən fevral ayının 2-də Babək Rayon Polis İdarəsinin inzibati binasında saat 10:00-da vətəndaşların qəbulu keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevral ayının 2-dək Babək Rayon Polis İdarəsinə, habelə Naxçıvan MR DİN-in sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.








