Azərbaycan dilindən BMT-nin əsas dilləri, türk dilləri və əksinə tərcümə lüğətləri hazırlanacaq
Azərbaycan dilindən Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas dillərinə, türk dillərinə və həmin dillərdən Azərbaycan dilinə tərcümə lüğətləri hazırlanacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Bildirilib ki, tərcümə lüğətlərinin hazırlanması məqsədilə təşkilati işlər həyata keçiriləcək, mütəxəssis qrupları formalaşdırılacaq.








