İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır
Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti ilə mətbuata birgə bəyanatı zamanı bildirib.
İlham Əliyev vurğulayıb ki, Ermənistanla sülh əbədi olaraq bağlanıb:
"Biz 7 ay ərzində xüsusilə ticarətdə nəhəng potensial gördük. Biz sülhə yalnız kağız üzərində nail olmadıq, o realdır. Bəzən sülh sadəcə kağız üzərində qalır. Lakin bizim vəziyyətimiz fərqlidir, fəal irəliləyiş var".








