Naxçıvanda vergi daxilolmaları 3,9 faiz artıb
2026-cı ilin yanvar-fevral aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 34,8 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,9 faiz və ya 1,3 milyon manat çoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 25,5 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 3,7 milyon manat və ya 16,9 faiz artıb.
Ödənilən vergilərin 73,4 faizi qeyri-dövlət sektorunun, 26,6 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 676,8 min manata yaxın olub.








