Kəngərli rayonunda konstitusion vəzifələrimizə dair tədbir keçirilib -

Kəngərli rayonunda konstitusion vəzifələrimizə dair tədbir keçirilib - FOTO

11 Mart 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Kəngərli rayon İcra Hakimiyyətində “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə  Kəngərli rayon İcra Hakimiyyəti aparatının Hüquq və Kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə  giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək, Hər bir insanın vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıdığını,bu isə vətəndaşlıq borcu və ya vətəndaşların konstitusion vəzifələri olduğunu,cəmiyyətdə hər bir şəxsin davranışı və fəaliyyəti isə onun əməllərində ifadə olunur. Elə əməllər ki,bunlar nə cəmiyyətə, nə də şəxsiyyətin mənafeyinə zərər vurmasın. Yəni, hüquqauyğun davranış hesab edilsin. Hüquqauyğun davranış isə dövlətin hüquq normalarında nəzərdə tutulan ictimai və şəxsi mənafelərin ödənilməsinə yönəlmiş sosial-faydalı hərəkət olduğunu bildirmişdir. Sonra isə Azərbaycan Respublikasının Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin əməkdaşı polkovnik - Leytenant Vüsal Əliyev , Naxçıvan Hərbi kollecinin əməkdaşı polkovnik - leytenant Hikmət Hacıyev , Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliyinin əməkdaşı İsgəndər İsgəndərli və Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin əməkdaşı Elxan Babayev mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.