İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

11 Mart 2026

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti Aİ Şurasının Prezidenti ilə mətbuata birgə bəyanatı zamanı bildirib.

"Sizi burada, Azərbaycanda salamlamaqdan məmnunam. Biz ötən il iki dəfə görüşmüşük. Mən sizi dəvət etmişdim və şadam ki, siz bu dəvəti qəbul etdiniz. Sizin bu səfəriniz ikitərəfli münasibətlərdə böyük rol oynayacaq", - İlham Əliyev deyib.