Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb
Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Kosta Rikanın Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı F.Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.
Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda Forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.
Görüşdə Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan görüşdə iştirak edib.








