36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub
Bu gün 16:00-dan 19:00-dək İndoneziyanın 36, Çinin isə 3 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təxliyə olunan İndoneziya vətəndaşlarından 3-ü diplomatdır.
Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.








