Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb -

Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

06 Fevral 2026

Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.