Emil Qarayev: Naxçıvanda vergi daxilolmalarının 70 faizdən çoxu qeyri-dövlət sektorunun payına düşür
Fevralın 6-da Bakı şəhərində keçirilən “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialının artdığını və son illərdə regionda sahibkarlıq mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, O deyib ki, 2025-ci ildə muxtar respublikada büdcəyə vergi daxilolmaları 260 milyon manatdan çox olub, bu daxilolmaların 70 faizdən artıq hissəsi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmət rəisinin müavini qeyd edib ki, 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə tətbiq edilən vergi güzəştləri mənfəət və gəlir vergisini, əmlak və torpaq vergisini, sadələşdirilmiş vergini, dividend gəlirlərini, eləcə də idxalda əlavə dəyər vergisini əhatə edir.
Emil Qarayev vurğulayıb ki, bu güzəştlər regionda investisiya qoyuluşunun stimullaşdırılmasına və sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə xidmət edir.








