Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il iyunun 19-da keçiriləcək növbədənkənar sessiyasının ilk iclasının gündəliyi müəyyənləşib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
“Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi;
“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi;
“Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin birinci oxunuşda müzakirəsi.
Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 19-da keçiriləcək.








