Xocalıda salınmış intensiv meyvə bağları ilə tanışlıq olub

Xocalıda salınmış intensiv meyvə bağları ilə tanışlıq olub

17 İyun 2026

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində "Agro-Lid" MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib.

Daha əvvəl Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib və "Qoç Ət"in heyvandarlıq kompleksi ilə tanışlıq olub.